|
kitablar Mən bütün TOEFL tələbələrimi TOEFLla bağlı son dövrlərdə nəşr olunmuş kitab və oxu materialları ilə təmin edirəm. Bakıda bu yönümlü kitabların satışı ilə bağlı çətinliklər mövcud olduğundan internetin köməyi ilə bu problemi həll etmək olar. Mənim netdə şəxsi kitabxanam var və mən adətən öz tələbələrimə onların TOEFL imtahanına hazırlaşması və dil bacarıqlarını inkişaf etdirmələri üçün müvafiq kitab və dərslikləri təqdim edirəm. Əgər siz çalışqan bir tələbəsinizsə, mənim kitablarım sizə böyük köməklik göstərəcək. Kitablar pulsuzdur və 1.200-dən çox PDF nüsxəsindən ibarətdir. Əksər hallarda, TOEFL imtahanına hazırlaşmaq üçün 15-dən çox kitab gərəklidir. Ehtiyac olduğu təqdirdə, mən sizi daha çox kitabla təmin edə bilərəm.
|